Главная > Cəmiyyət > Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr - SİYAHI
Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr - SİYAHI8-12-2020, 16:23. Разместил: azadses |
Nazirlər Kabineti Azərbaycan ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısını açıqlayıb. ''Azad Səs'' həmin siyahını təqdim edir: 1. Səhiyyə və sosial xidmət sahələri üzrə: 1.1. elmi-tədqiqat və laborator xidmətləri; 1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər; 1.3. baytarlıq xidmətləri; 1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı; 1.5. sosial xidmətlər; 1.6. əqli və hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti. 2. İnfrastruktur sahəsi üzrə: 2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması); 2.2. elektrik enerjisinin istehsalı və təchizatı; 2.3. su təchizatı və meliorasiya; 2.4. telekommunikasiya və rabitə xidmətləri. 3. Nəqliyyat və logistika sahəsi üzrə: 3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları; 3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri; 3.3. logistika xidmətləri; 3.4. ictimai nəqliyyat və taksi xidmətləri. 4. Əsas istehsalat sahələri üzrə: 4.1. müdafiə sənayesi məhsullarının istehsalı; 4.2. maşınqayırma sənayesi üzrə fəaliyyət; 4.3. neft avadanlıqları və qurğularının istehsalı; 4.4. qida məhsullarının və onlar üçün xammalın istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı; 4.5. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı; 4.6. kimyəvi məhsulların istehsalı; 4.7. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti; 4.8. əkinçilik və məhsul yığımı; 4.9. neft və qazın hasilatı, emalı, saxlanması və satışı; 4.10. neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi; 4.11. metallurgiya sənayesi üzrə fəaliyyət; 4.12. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri; 4.13. mühəndislik və layihələndirmə xidmətləri; 4.14. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri; 4.15. qablaşdırma məhsullarının istehsalı; 4.16. daş, metal və taxta məhsullarının istehsalı; 4.17. mebel istehsalı və təmiri; 4.18. diri heyvanların kəsimi. 5. Pərakəndə və topdan satış üzrə: 5.1. ərzaq mağazaları (supermaketlər, bazarlar); 5.2. apteklər; 5.3. yanacaq doldurma məntəqələri; 5.4. Azərbaycan Respublikasının ərazisində bütün ticarət obyektləri (nəzdində ərzaq mağazası və apteklər istisna olmaqla) tərəfindən yalnız çatdırılma xidmətinin göstərilməsi (və ya onlayn satış); 5.5. Azərbaycan Respublikasının ərazisində ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yalnız çatdırılma xidmətlərinin göstərilməsi (və ya onlayn satış). 6. Məişət xidmətləri üzrə: 6.1. məişət tullantılarının yığılması və utilizasiyası; 6.2. poçt xidmətləri; 6.3. kimyəvi təmizləmə; 6.4. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi; 6.5. avtomobillərin təmiri; 6.6. avtomobil yuyulma məntəqələri; 6.7. heyvan sığınacaqları; 7. Kütləvi informasiya vasitələri. 8. Maliyyə təşkilatları üzrə: 8.1. banklar və bank olmayan kredit təşkilatları, lombardlar; 8.2. investisiya şirkətləri, fond birjaları; 8.3. sığorta təşkilatları; 8.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar. 9. Xüsusi xidmət növləri üzrə: 9.1. çatdırılma xidmətləri; 9.2. məişət avadanlıqlarının, kompüter və mobil cihazların təmiri; 9.3. dezinfeksiya xidmətləri. 10. Vəkillik fəaliyyəti. 11. Otellərin fəaliyyəti. 12. Tamaşaçıların iştirakı olmadan açıq havada rəsmi idman yarışlarının keçirilməsi, habelə beynəlxalq idman yarışlarına hazırlıq üzrə tədbirlərin təşkili. Вернуться назад |