Главная > Cəmiyyət > Bakı metrosu yanvarın 31-dək işləməyəcək

Bakı metrosu yanvarın 31-dək işləməyəcək


8-12-2020, 13:54. Разместил: azadses
"Bakı Metropoliteni" QSC-də sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 31 yanvar saat 06:00-a qədər uzadılır.
''Azad Səs'' xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılmasına dair qərarında bildirilir.
Qərarda həmçinin deyilir ki, 31 yanvar saat 06:00-a qədər bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Вернуться назад