Zaqatalada sürücü və sərnişinlər cərimələndi
- 28-08-2020, 15:53
- Cəmiyyət
Zaqatala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisindəki iri supermarketlər, gözəllik salonları, bərbərxanalar və geyim mağazalarında reyd keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb ediliblər.
Reyd zamanı mağazalara maskasız daxil olan və buna göz yuman obyekt əməkdaşları polislər tərəfindən müəyyən edilərək, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Həmçinin, bəzi restoran və kafelərdə xidmət personalının tibbi maskadan istifadə etmədiyinə görə, obyekt sahiblərinə və işçilərə ciddi xəbərdarlıq olunaraq, barələrində cərimə protokolu tərtib olunub. Gözəllik salonları və bərbərxanalarda da bir neçə işçi və müştərilərin tələblərə riayət etmədiyi aşkarlanıb, barələrində inzibati tənbeh tədbirləri görülüb.
Reyd ictimai nəqliyyatda da davam etdirilib. Tibbi maskadan istifadə etmədikləri üçün bir neçə sürücü və sərnişin cərimələnib.