azadses.az » Cəmiyyət » Gündə cəmi üç fincan qəhvənin orqanizmə əvəzsiz FAYDASI

Gündə cəmi üç fincan qəhvənin orqanizmə əvəzsiz FAYDASI

Çinli alimlər gündə üç fincan qəhvənin ikinci tip şəkərli diabet və insultun qarşısının alınmasında mühüm rol oynadığını müəyyən ediblər.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə rusiyalı pediatr Viktoriya Şurupova danışıb.

Onun sözlərinə görə, tədqiqat müntəzəm olaraq qəhvə içən 360 mindən çox iştirakçını əhatə edib.

"Onların qidalanma vərdişləri və tibbi müayinələrinə əsaslanaraq, alimlər gündəlik 200-300 mq kofein (təxminən üç standart fincan qəhvə) qəbulunun şəkərli diabet və insult riskinin azalması ilə birbaşa əlaqəli olduğunu aşkar ediblər. Bu kəşf qeyd olunan xəstəliklərin qlobal artımı şəraitində müasir təbabətin sadə, əlçatan profilaktika metodlarının axtarışı kontekstində xüsusi əhəmiyyət kəsb edir", - deyə o qeyd edib.

Həkimin sözlərinə görə, qəhvə xlorogen turşusu da daxil olmaqla antioksidantlarla zəngindir ki, bu da iltihabı azalda və damar funksiyasını yaxşılaşdıra bilər.

"Bu antioksidantlar bədəndəki sərbəst radikalları neytrallaşdırmağa kömək edir, nəticədə oksidləşdirici stres aradan qaldırılır və daha sağlam qan dövranına səbəb olur.

Kofein, həmçinin insulin həssaslığını artıraraq və yeməkdən sonra qanda şəkər səviyyəsini azaldaraq qlükoza metabolizminin yaxşılaşmasına kömək edir. Bu, xüsusilə ikinci tip diabetin qarşısının alınması və ya idarə edilməsi üçün faydalı ola bilər", - deyə o vurğulayıb.

Həkim bununla belə, qəhvə qəbulunun mötədil miqdarda qəbulu barədə xəbərdarlıq edib.

"Həddindən artıq kofein qəbulu yuxusuzluq, artan narahatlıq və mümkün ürək ritmi pozğunluqları kimi yan təsirlərə səbəb ola bilər. Həmçinin müxtəlif insanlar arasında əhəmiyyətli dərəcədə dəyişə bilən kofeinə fərdi dözümlülüyü nəzərə almaq lazımdır. Hazırda tədqiqatlar mötədil qəhvə qəbulunun müsbət aspektlərini təsdiqləyir. Eyni zamanda, bu içkiyə ağılla yanaşmaq və fərdi sağlamlıq xüsusiyyətlərini nəzərə almaq vacibdir. Müntəzəm qəhvə qəbulu zamanı səhhətiniz pisləşərsə, xüsusilə xroniki xəstəliyiniz varsa və ya dərman qəbul edirsinizsə, həkimlə məsləhətləşmək tövsiyə olunur", - deyə həkim sözlərini yekunlaşdırıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  2. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  4. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  5. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  6. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  7. Qobustanda zəlzələ olub
  8. Bakıda yol qəzası olub, xəsarət alan var
  9. FHN: Novxanıdakı partlayışda bir nəfər dağıntılar altından xilas edilib
  10. DİN Sumqayıtdakı partlayışla bağlı məlumat yayıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?