azadses.az » Cəmiyyət » Vidadi İsayevlə bağlı ittihamlara - Rəsmi cavab

Vidadi İsayevlə bağlı ittihamlara - Rəsmi cavab

Bərdə rayon İcra Hakimiyyəti vətəndaş Elşən Mənsimlinin icra başçısı Vidadi İsayevin onun atasına məxsus torpağı ələ keçirməsi iddiasına münasibət bildirib.
Bərdə RİH-dən “Qafqazinfo”ya verilən məlumatda E.Mənsimlinin iddiaları təkzib olunub və qeyd olunub ki, “Kəpəz” kooperativi Bərdə rayon XDS İcraiyyə Komitəsinin 30 dekabr 1988-ci il 18 nömrəli qərarı ilə qeydiyyata alınıb: “Kooperativin müraciəti ilə Bərdə rayon “Moskva” kolxozu ümumi yığıncağının 02.02.1989-cu il tarixli qərarı ilə kooperativə kolxoz torpağından müvəqqəti istifadə üçün 0,50 hektar torpaq sahəsi təhkim edilib. Lakin sənədlərdə ünvan göstərilməyib. Bərdə rayon İcra Hakimiyyətinin 23 dekabr 1992-ci il tarixli 295 saylı sərəncamında kooperativin əlavə fəaliyyət istiqamətləri müəyyən edilsə də, müəssisəyə torpaq ayrılması nəzərdə tutulmayıb. 
Kooperativin təsdiq etdiyi 30 oktyabr 1999-cu il tarixli texniki pasportunda da müəssisəyə aid torpaq sahəsi qeyd edilmir. Yevlax 11 saylı Regional Vergilər idarəsinin rəsmi məlumatına əsasən, kooperativ yarandığı dövrdən bəri yalnız 06.04.2007-ci ildən 05.12.2008-ci ilədək vergi uçotunda olub və 05.12.2008-ci ildən Nəbi Allahverdiyevin öz ərizəsi ilə kooperativ ləğv edilib. Torpaq islahatı gedərkən 1988-ci ildə kooperativə müvəqqəti təhkim edilmiş həmin torpaq da daxil “Moskva” kolxozunun iddia olunan yerdə Bərdə rayonunun Gərənə kəndinin girəcəyində yerləşən bonitet balı 19 bal, yararsız V qrup 3,5 hektar torpaq sahəsi bələdiyyə torpağı kimi pasportlaşdırılıb. 
Azərbaycan Prezidentinin təsdiq etdiyi 15.03.2002-ci il tarixli 274-IIQD nömrəli Qanunu, 27.10.2008-ci il tarixli 709-IIIDQ nömrəli Qanunun 16-cı bəndini əsas tutaraq Gərənə bələdiyyəsi özünün 25.05.2013-cü il tarixli və 11.06.2013-cü il tarixli qərarları ilə (0,5 və 3 hektar olmaqla) 3,5 hektar torpaq sahəsi sahibkarlığı inkişaf etdirmək üçün satılmaq məqsədilə müsabiqəyə çıxarılıb, müvafiq rəylər alındıqdan sonra hərrac vasitəsilə torpaq satılıb. Göstərilən torpaq sahələrini Əmrahov Eldar Çərkəz oğlu hərrac yolu ilə Daşınmaz Əmlakın 24.01.2014-cü il tarixli AN-1 № 0406050 və 0406051 nömrəli alqı-satqı müqavilələri və  müvafiq olaraq 108 min və 17,8 min manat, cəmi 125,8 min manat vəsait ödəməklə  sahibkarlıq məqsədi ilə satın alıb. E.Ç.Əmrahova bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən RX № 0290067 və  RX № 0290077  nömrəli mülkiyyət hüququna dair çıxarışlar verilib.
Vətəndaşın müraciəti ilə əlaqədar rayon İcra Hakimiyyəti və Gərənə bələdiyyəsi tərəfindən ona izah edilib ki, atası Nəbi Allahverdiyevin sözügedən torpaq sahəsinə heç bir mülkiyyət hüququ olmamışdır və onun göstərilən məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ var”.  

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb
  2. Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
  3. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  4. Binədə yolu keçən qadını avtomobil vurub
  5. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  6. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  7. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  8. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  9. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  10. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?