Bakıda küləyin sürəti artıb, rayonlara qar yağıb - FAKTİKİ HAVA
- 6-02-2024, 11:19
- Cəmiyyət
Fevralın 6-sı saat 09:00-a olan məlumatına əsasən Azərbaycanda qərb küləyi bəzi yerlərdə arabir güclənib.
"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, hava şəraiti 5-i axşam bəzi dağlıq ərazilərdən başlayaraq arabir yağıntılı olub, qar yağıb.
Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 25 m/s, Daşkəsəndə 30 m/s, Yardımlı, Qobustanda 24 m/s, Lerikdə 22 m/s, İsmayıllı, Göyçayda 18 m/s, Sabirabad, Altıağacda 17 m/s, Naftalan, Quba, Gədəbəydə 16 m/s, Şəkidə 15 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.7 metrə çatıb.
Qar örtüyünün hündürlüyü Ordubadda 37 sm, Qaxda (Sarıbaş) 33 sm, Qrızda 5 sm, Gədəbəy, Sədərəkdə 3 sm, Qusarda 2 sm, Quba, Şahbuzda 1 sm olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17, Naxçıvan MR-da 9, Aran rayonlarında 16, dağlıq rayonlarda 10 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta olub.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti fevralın 6-sı axşamadək davam edəcək.