“Medinex” - 2023" sərgisi çərçivəsində Ağalı sakinlərinin teletibb vasitəsilə onlayn konsultasiyası olacaq
- 31-10-2023, 10:28
- Cəmiyyət
“Medinex” - 2023" sərgisi çərçivəsində Ağalı sakinlərinin teletibb vasitəsilə onlayn konsultasiyası olacaq".
"Report" xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova noyabrın 2-dən 4-dək Bakı Ekspo Mərkəzində təşkil olunacaq III Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi (“Medinex”) barədə məlumat verərkən deyib.
Onun sözlərinə görə, işğaldan azad olunan torpaqlarda əhalinin sağlamlığının qorunması istiqamətində görülən işlər, eləcə də həmin torpaqlara köçürülən sakinlərin tibbi müayinələrin təşkili hər zaman TƏBİB-in diqqətindədir: "Sərgidə bütün bu görülən işlər barədə məlumatlar geniş formada təqdim olunacaq. Ağalı sakinlərinin teletibb vasitəsilə onlayn konsultasiyası icra ediləcək. Ağalı Ailə Sağlamlıq Mərkəzində teletibb sistemi vasitəsilə xəstənin qanında arterial təzyiq, oksigen təchizatı, triqleserin və şəkər ölçülür, ürək ritmi, dəri örtüyü və göz bəbəyinin görüntüsü əldə edilir. Cihazlardan toplanan məlumatlar xüsusi planşetlə platformaya ötürülür, ürək, ağciyər, böyrək, dalaq, lor (qulaq, burun, boğaz), dermatoloji xəstəliklərin, həmçinin qalxanabənzər və mədəaltı vəzin müayinəsində istifadə edilir. Sərgidə teletibbin imkanlarından istifadə etməklə həmin həkimlərimizin Ağalı sakinləri ilə onlayn konsultasiyası təşkil ediləcək".
Z.Ədilova bildirib ki, ötən il olduğu kimi, sərgi çərçivəsində tibb sahəsinin aktual mövzuları müzakirə ediləcək: "Kardiologiya sahəsi üzrə aktual problemlər, minimal invaziv cərrahiyyədə yeniliklər, tibdə süni intellekt, cərrahiyyədə 3D görüntüləmə, virtual reallıq eynəkləri, səhiyyədə transformasiyalar, tibb müəssisələrində tətbiq edilən islahatlar, Azərbaycanda transplantalogiyanın inkişafı, müasir tibdə innovasiyalar, kök hüceyrələrin tətbiqi, onkoloji xəstəliklərin erkən diaqnostikası, bakteriologiyada avtomatlaşdırma və yeni texnologiyalar, sterilizasiyada beynəlxalq standartlar, pediatriyada aktual problemlər kimi mövzular ətrafında sahənin mütəxəssisləri təqdimatlarla çıxış edəcək, fikir mübadiləsi və müzakirələr aparacaqlar".
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “Medinex” - 2023" sərgisinin rəsmi dəstəkçisidirlər.