“Qala Həyat” Sığorta Şirkəti ISO beynəlxalq idarəetmə sertifikatlarına sahib oldu
- 6-10-2023, 19:26
- Cəmiyyət
Sığorta bazarında öz keyfiyyətli xidməti ilə yanaşı hər il uğurlarını yeniləyən “Qala Həyat” Sığorta Şirkəti daha bir nailiyyətə imza atıb.
“Qala Həyat” Sığorta Şirkəti 07.07.2008-ci ildə dövlət qeydiyyatına alınmış, 30.11.2010-cu ildən fəaliyyətə başlamış ilk həyat sığortası şirkətidir.
Şirkət həyat sığortası sahəsində keyfiyyətin idarə olunmasına, eyni zamanda müştərilərinin məmnuniyyətinin ölçülməsinə beynəlxalq standartlarla yanaşacaq.
Belə ki, şirkət cari ilin 3-cü rübündə ISO beynəlxalq standartları çərçivəsində “ISO 9001:2015 - Keyfiyyəti idarəetmə sistemi” və “ISO 10002:2018 - Müştəri məmnuniyyəti idarəetmə sistemi” üzrə müvafiq sertifikatları əldə etdi.
Şirkətdən verilən məlumata görə ”Qala Həyat” Sığorta Şirkəti 2022-ci ildən bu layihəyə start vermişdi. Şirkət, daxildə işçi qrupu formalaşdıraraq cəmiyyətin fəaliyyəti ilə bağlı bütün prosedur və proseslərin optimallaşdırılması istiqamətində ciddi işlər görüb. Nəticə etibarilə, hal-hazırda şirkətin proses və prosedurları işlək və qərarların verilməsi üçün çevik bir alətə çevrilib. Sığorta bazarının bütün seqmentlərində uğurla təmsil olunan şirkət, ISO beynəlxalq idarəetmə sertifikatlarına sahib olmağı qarşısına strateji hədəf kimi qoyub. Bu hədəfə çatmaq üçün cəmiyyət kifayət qədər inzibati və texniki resurslara malik olmaqla yanaşı, kadrlarının peşəkar təlimlərdə iştirak edərək ISO beynəlxalq idarəetmə sistemində daxili audit kimi formalaşmasına da şərait yaradır. Bu nailiyyət şirkətə həm gələcəkdə yeni müştəri seqmentinə öz xidmətlərini peşəkar şəkildə təqdim etməyə, həm də beynəlxalq arenada tanınmağa kömək edəcək.