Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin baş ofisi Daşkənddə, nümayəndəliyi isə Bakıda yerləşəcək
- 8-09-2023, 17:58
- Cəmiyyət
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin baş ofisi Daşkənddə, nümayəndəliyi isə Bakıda yerləşəcək.
"Report"un xəbərinə görə, bu, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş”ə dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsində əksini tapıb.
Sənəddə qeyd edilib ki, Sazişin adında "Azərbaycan-Özbəkistan İnvestisiya Fondu" sözləri "Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ("Fondu") sözləri ilə əvəz edilib.
Sənədə əsasən, fondun baş ofisi Daşkənd şəhərində, nümayəndəliyi isə Bakı şəhərində yerləşəcək.