İbrahim Kərbalayev: “Bu il “Azəriqaz”a 8 minə yaxın müraciət daxil olub”
- 8-09-2023, 12:58
- Cəmiyyət
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu ilin yanvar-avqust aylarında müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 7 787 müraciət daxil olub.
“Report”un məlumatına görə, bunu “Azəriqaz”ın Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.
Şöbə rəisinin sözlərinə görə, bunlardan 3 527 müraciət “Opentext” elektron sənəd dövriyyəsi proqramı vasitəsilə daxil olub: “Bu müraciətlər elektron formada sistemə yüklənir və həmin müraciətlərin cavablandırılması, o cümlədən rəhbər və məsul şəxslərdən imzaların toplanması operativ həll olunur. “Opentext” proqramı vasitəsilə daxil olan müraciətlərin sayı ötən ilin 8 ayı ilə müqayisədə 455 müraciət azdır”.
İ. Kərbalayev həmçinin qeyd edib ki, daha 4 260 müraciət elektron formada daxil olub.
Şöbə müdiri bildirib ki, bu ilin avqust ayında “Azəriqaz” İstehsalat Birliyinə ümumilikdə 851 müraciət daxil olub: “Bunlardan 296 müraciət “Opentext” proqramı vasitəsilə daxil olub. Ötən ay ərzində daha 555 müraciət elektron formada daxil olub. Ötən ilin avqust ayı ilə müqayisədə “Opentext” proqramı vasitəsilə daxil olan müraciətilərin sayı 159 ədəd azdır.”
O qeyd edib ki, daxil olan müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin, kənd və qəsəbələrin qazlaşdırılması, sayğacların quraşdırılması, həmçinin qaz xəttinin və ya qaz sayğacının yerinin dəyişdirilməsi və sair məsələlərlə bağlı olub: “Daxil olan bütün məsələlər şöbə tərəfindən araşdırılır və cavablandırılması həyata keçirilib”.