İcbarı sığorta üzrə iki növ əməliyyatla bağlı illik say limiti aradan qaldırılıb
- 12-08-2023, 12:48
- Cəmiyyət
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi üzrə koxlear implant sisteminin və oynaqdaxili endoprotezlərin yerləşdirilməsini tələb edən tibbi xidmətlərin göstərilməsi şərtləri müəyyənləşib.
"Report" xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi barədə imzaladığı qərarda öz əksini tapıb.
Qərara əsasən, anadangəlmə ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı olan sığortaolunanın yaş həddi 5 (beş) yaş, sonradan yaranmış ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı olan sığortaolunanların yaş həddi 65 (altımış beş) yaş kimi müəyyən ediləcək. İndiyədək isə sonradan yaranmış ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı olan sığortaolunanların yaş həddi 40 yaş olub.
Həmçinin yeni qərarla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına təminat verilən koxlear implantasiya və oynaqdaxili endoprotezlərin yerləşdirilməsi əməliyyatlarının illik say məhdudiyyəti aradan qaldırılıb.
İndiyədək həmin əməliyyatların sayı 300 müəyyən edilmişdi.