Polis və Daxili Qoşunlar Bakı küçələrində - FOTO
- 11-08-2020, 11:35
- Cəmiyyət
Koronavirusun kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda polis və Daxili Qoşunların (DQ) hərbi qulluqçuları fəaliyyətinə icazə verilən obyektlərdə, ictimai nəqliyyatda və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirir.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən verilən məlumata görə, polis və DQ-nin naryad qrupları tərəfindən Nazirlər Kabineti yanında operativ qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminə əməl olunması üçün qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət və əhaliyə məişət xidmətləri göstərən (iri ticarət mərkəzləri istisna olmaqla) obyektlərdə, küçə və prospektlərdə profilaktik söhbətlər aparılır, COVID-19 pandemiyasının təhlükələri, virusdan qorunma yolları haqqında məlumatlar verirlər.
Tədbirlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunur. Diqqətə çatdırılır ki, hər bir hərəkət iştirakçısı tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün sanitar-epidemioloji qayda və tələblərə ciddi riayət etməlidir.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində inzibati tədbirlər görülür.
Nəzarət-profilaktiki tədbirlər davam etdirilir.