MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi başlayıb -YENİLƏNİB
- 11-07-2023, 18:33
- Cəmiyyət
İyulun 11-dən 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başlayıb.
Elm və Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, imtahanların ilk seansına riyaziyyat fənni üzrə 4 400, ikinci seansına isə fiziki tərbiyə və kimya fənləri üzrə 5 430 namizəd dəvət olunub.
58 000-ə yaxın namizədin iştirak edəcəyi test imtahanları 11-15 iyul tarixlərində ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçiriləcək.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.
08:12
Bu gündən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir.
Elm və Təhsil Nazirliyindən "Report"a bildirilib ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 58 000-ə yaxın namizəd dəvət olunub.
Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.
Qeyd edək ki, MİQ üzrə 9 mindən artıq vakant yer var. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.