azadses.az » Cəmiyyət » ADA Universiteti mükafatlandırılıb

ADA Universiteti mükafatlandırılıb

ADA Universiteti, Azərbaycan Elm və Təhsil Nazirliyi və "Anthology" Təhsil Texnologiyaları Xidmətlərinin birgə əməkdaşlığı ilə VI ADA 2023 Beynəlxalq Təhsil Konfransı keçirilib.

"Report" xəbər verir ki, “Maarifçiliyə yenidən baxış” şüarı altında keçirilən konfransın açılış mərasimində Elm və təhsil nazirinin müavini Həsən Həsənli və ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal çıxış edib.

Tədbir zamanı ABŞ-ın “Anthology” Təhsil və Tədqiqat Mərkəzinin əməkdaşları tərəfindən ADA Universitetinə “Akademik Mükəmməllik Mərkəzi” mükafatı təqdim edilib.

“Maarifçilik və Rəqəmsal İnqilab” təcrübəsini yenidən nəzərdən keçirməyi və təhsil ictimaiyyətində müzakirələri təmin etməklə qarşıya çıxan problemləri həll etməyi hədəfləyən konfrans alimləri, təhsil siyasətinin icrasında iştirak edənləri, müstəqil tədqiqatçıları, təhsil işçilərini və tələbələri bir araya gətirərək tədris və öyrənmə, liderlik və təhsil müəssisələri, qiymətləndirmə və dəyərləndirmə daxil olmaqla müxtəlif mövzularda tədqiqatlar qəbul edib.

Corc Vaşinqton Universitetinin professoru Michael Feuer və Latviya Universitetinin Humanitar və Təhsil Elmləri üzrə prorektoru İna Druviet tərəfindən “Siyasət və liderlik üçün təhsil araşdırmaları: 40 illik təcrübədən dərslər” mövzusunda əsas çıxış konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Konfrans “Texnoloji tərəqqi və rəqəmsallaşma dövründə təhsil müəssisələrinin transformasiyası” ilə bağlı interaktiv panel müzakirələr ilə davam edib. Bakı Dövlət Universitetinin rektoru, professor Elçin Babayev və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov daxil olmaqla, digər təhsil müəssisələrindən nümayəndələr öz təcrübələrini bölüşüblər.

Konfransın ikinci günü rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovun əsas çıxışı ilə işə başlayacaq və “Texnoloji tərəqqi və rəqəmsallaşma dövründə təhsil müəssisələrinin transformasiyası” mövzusunda panel müzakirələrlə davam edəcək.

Daha sonra ADA Universitetinin professoru Samir Rüstəmov CeDAR-ın (ADA Centre for Data Analytics Research) yeni məhsulu – Azərbaycan dili üçün AI (Süni İntellekt) virtual köməkçi GPT proqramı “ANLAT”ın təqdimatını edəcək. Təqdimatdan sonra ali təhsildə süni intellekt lehinə və əleyhinə debatlar və auditoriyanın iştirakı üçün sual-cavab sessiyası keçiriləcək.

Qeyd edək ki, konfrans zamanı “Blackboard Ally ilə tələbələr üçün inklüziv tədris təcrübəsinin yaradılması”, “Müəllimlərin rəqəmsal transformasiyaya münasibəti” və “Ali təhsildə peşəkar inkişaf, Anthology şirkətinin rəqəmsal tədris və təlim təcrübələri” adlı üç bölmə iclasının keçirilməsi nəzərdə tutulub.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda axtarışda olan şəxs polis əməkdaşına xəsarət yetirərək qaçmağa cəhd göstərib
  2. Goranboyda evdən külli miqdarda pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  3. Nizami rayonunda avtomobillər toqquşub, 23 yaşlı qız xəsarət alıb
  4. Xırdalanda 17 yaşlı qızı avtomobil vurub
  5. Salyanda iki avtomobil toqquşub, xəsarət alanlar var
  6. Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb
  7. Bakıda avtomobil 61 yaşlı qadını vurub
  8. DYP-dən xəbərdarlıq: Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür
  9. Xətai rayonunda yaşayış binasında yanğın olub
  10. Bakıda baldız yeznəsini bıçaqlayıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək. Dövlət İmtahan Mərkəzindən (DİM) "Report"a Ətraflı
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”