Həkimdən gecələr səbəbsiz ağrıları olanlar üçün xəbərdarlıq
- 17-06-2023, 20:58
- Cəmiyyət
“Travma ilə əlaqəli olmayan və gecələr güclənən səbəbsiz ağrılar xərçəngin əlaməti ola bilər”.
Bu barədə tanınmış britaniyalı onkoloq və hematoloq Debora Li onkoloji xəstəliyə işarə edən əlamətlər barədə danışarkən xəbərdarlıq edib.
Onun sözlərinə görə, gecələr ağrının bir çox səbəbi ola bilər və bunların heç də hamısı təhlükəli deyil.
“Amma heç bir aydın səbəb olmadan baş verən və yuxuya getməyə çalışarkən güclənən ağrı hissləri həyəcan siqnalı olmalıdır”, - deyə həkim vurğulayıb.
Li qeyd edib ki, xərçəng xəstələrinin 38 faizi yatmağa çalışarkən orta və ya şiddətli ağrı yaşayır. Mütəxəssis bunu şişlərin gecələr daha sürətli böyüməsi ilə izah edib.
“Bundan əlavə, üfüqi bir vəziyyətdə, şişin və ətraf toxumaların çəkisinin paylanması dəyişir, bu da ağrılara təhrik edə bilər”, - deyə o əlavə edib.
Mütəxəssis gecələr səbəbsiz ağrılardan başqa gün ərzində iştahasızlıq, çəkinin azalması, halsızlıq, yorğunluq, süstlük, ürəkbulanma, qusma və ya hərarət kimi digər simptomların da onkoloji xəstəliklərin əlaməti ola biləcəyini vurğulayıb.
“Narahatedici simptomlar üç həftə ərzində yox olmazsa, həkimə müraciət etmək və müayinədən keçmək tövsiyə olunandır”, - deyə Debora Li sözlərini yekunlaşdırıb.
Mənbə: Mirror