Azərbaycan mayda mobil internetin sürətinə görə 3 pillə irəliləyib
- 16-06-2023, 09:58
- Cəmiyyət
Bu ilin may ayında Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə 181 ölkə arasında 29,14 MB/S sürətlə 116-cı yerdə qərarlaşıb.
"Report" “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bu aprel ayı ilə müqayisədə dəyişiklik olmamasını göstərir.
Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (241,35 MB/S), sonuncu yeri isə Kuba (1,93 MB/S) tutub.
Məlumata görə, ölkəmiz mayda mobil internetin sürətinə görə 140 ölkə arasında 40,97 MB/S sürətlə 55-ci yerdə qərarlaşıb. Bu isə aprelə nisbətən 3 pillə irəliləmə deməkdir.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (181,79 MB/S), sonuncu - 140-cı yeri isə Əfqanıstan (4,3 MB/S) tutub.
Bundan başqa, mayda Bakı şəhəri mobil internetin sürətinə görə 2 pillə irəliləyərək 43,08 MB/S sürətlə 172 şəhər arasında 72-ci yerə sahiblik edib.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 207,35 MB/S sürətlə BƏƏ-nin Dubay şəhəri, sonuncu yeri isə 1,07 MB/S sürətlə Sudanın Xartum şəhəri tutub.
Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 31,27 MB/S sürətlə 137-cı pillədə qərarlaşıb ki, bu da 1 pillə geriləməkdir.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 190 şəhər rəqabət aparıb. Siyahıya Çinin paytaxtı Pekin 268,09 MB/S sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 1,83 MB/S sürətlə sonuncu olub.