Azərbaycanda kosmik obyektin III şəxslərə zərərvurma riski sığortalanacaq
- 11-05-2023, 12:28
- Cəmiyyət
Azərbaycanda kosmik obyektin III şəxslərə zərərvurma riskinin sığorta və ya digər maliyyə təminatının məbləği Müqavilə əsasında irəli sürülən tələblərin ödənilməsi üçün istifadə ediləcək.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin adından Milli Məclisə təqdim olunmuş, Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan "Kosmik fəaliyyət haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, kosmik obyektin III şəxslərə zərərvurma riski üzrə sığorta şəhadətnaməsinin şərtləri "Kosmik fəaliyyət haqqında" qanuna uyğun olaraq müəyyən edilir.
Kosmik operatorlar və kosmik obyektlərin mülkiyyətçiləri kosmik obyektin üçüncü şəxslərə zərərvurma riski üzrə sığorta şəhadətnaməsinin şərtlərinə əməl etməlidirlər.
Tərəflər arasında ayrı razılaşma nəzərdə tutulmayıbsa, kosmik obyektin III şəxslərə zərərvurma riski (üçüncü şəxslər qarşısında məsuliyyətin sığortası) kosmik obyektin mülkiyyətçisinin vəsaiti hesabına sığortalanır və ya sığorta əvəzinə maliyyə təminatı əldə olunur.