Lerikə karantin qaydalarını pozaraq istirahətə gedən paytaxt qeydiyyatında olan 40 nəfər sərnişin karantin postunda saxlanılıb. DİN-in mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan məlumata görə, 14 nəfər azyaşlı olub. Qalan 26 nəfər cərimə olunub. Sürücü barəsində materiallar məhkəməyə göndərilib.