Eldar Sultanovun vəzifələri kimə həvalə edilib? - YENİLƏNİB
- 17-03-2023, 17:38
- Cəmiyyət
Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq Sahib İsmayılova həvalə olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Qeyd edək ki, Sahib İsmayılov Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin Statistika şöbəsinin rəisi - idarə rəisinin müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, son yaş həddinə çatmış Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Sultanovun qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Baş prokuror Kamran Əliyev martın 16-da Baş Prokurorluğun inzibati binasında onu qəbul edib, “Prokurorluğun fəxri işçisi” döş nişanı və hədiyyə təqdim edib.
12:18
Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Sultanov vəzifəsindən azad edilib.
“Report”un xəbərinə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Sultanovun qulluq keçməsinə xitam verilib və Baş prokuror Kamran Əliyev tərəfindən ona “Prokurorluğun fəxri işçisi” döş nişanı təqdim edilib.