Əhalinin DİQQƏTİNƏ: Özbaşına tikinti işlərinin aparılmasına görə cəzalar sərtləşdirilir
- 15-03-2023, 11:37
- Cəmiyyət
Azərbaycanda özbaşına tikinti işlərinin aparılmasına görə cəzalar sərtləşdirilir.
“Report”un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 395.1-ci bəndinə dəyişiklik təklif olunur.
Dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər 800 manatdan 1 000 manatadək məbləğdə, vəzifəli şəxslər 2 000 manatdan 4 000 manatadək məbləğdə, hüquqi şəxslər 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə ediləcəklər.
Məcəllənin hazırkı bəndi isə belədir:
“Müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 15 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilirlər”.