Gəncədə Uşaq Xəstəxanasına yeni direktor təyin edilib
- 7-03-2023, 17:24
- Cəmiyyət
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına yeni təyinat olub.
APA-nın yerli bürosunun xəbərinə görə, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Həsənov Səbuhi Mikayıl oğlu Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunun müavini, Uşaq Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub.
O, bundan əvvəl Uşaq Xəstəxanasının Pediatriya şöbəsinin müdiri vəzifəsində çalışıb.