Şəhid Eşqin Hüseynov ilə vida mərasimi keçirilir - FOTO
![Şəhid Eşqin Hüseynov ilə vida mərasimi keçirilir - FOTO](/uploads/posts/2023-03/fotojet-2023-03-06t142909_010.jpg)
Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu ilə Tovuz rayonunda vida mərasimi keçirilir.
Oxu.Az-ın məlumatına görə, yaşadığı evdə keçirilən vida mərasimində döyüş yoldaşları, ailə üzvləri, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Şəhidimiz doğulduğu Tovuz rayonunun Hunanlar kəndinin qəbiristanlığında dəfn olunacaq.
![](/uploads/posts/2023-03/whatsapp-image-2023-03-06-at-14_29_24.jpg)
![](/uploads/posts/2023-03/whatsapp-image-2023-03-06-at-14_29_23-1.jpg)
![](/uploads/posts/2023-03/whatsapp-image-2023-03-06-at-14_29_23.jpg)
![](/uploads/posts/2023-03/whatsapp-image-2023-03-06-at-12_36_55.jpg)
![](/uploads/posts/2023-03/whatsapp-image-2023-03-06-at-13_07_40.jpg)
![](/uploads/posts/2023-03/whatsapp-image-2023-03-06-at-12_37_06.jpg)