Yeni medallar təsis edildi
- 20-12-2022, 12:39
- Cəmiyyət
Milli Məclisin iclasında yeni medallar təsis edilib.
Oxu.Az bildirir ki, iclasda “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə bağlı sənəd üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Parlament üzvləri medalların təsis edilməsinin lehinə səs veriblər.