Müdafiə Nazirliyi: “Ordumuzun dörd rayondakı mövqeləri atəşə tutulub”
![](/uploads/posts/2022-11/medium/1669185313_1648321572mudafie_nazirliyi.jpg)
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan başqa noyabrın 22-si saat 15:48-dən 18:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri və Tərtər rayonu istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.