azadses.az » Cəmiyyət » Bakı Bulvarında Dövlət Bayrağı Günü ilə bağlı tədbirlər keçirilib - FOTO

Bakı Bulvarında Dövlət Bayrağı Günü ilə bağlı tədbirlər keçirilib - FOTO

Bu gün 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Dənizkənarı Bulvar İdarəsi tərəfindən genişmiqyaslı tədbirlər keçirilib.

Oxu.Az xəbər verir ki, tədbir Azneft meydanında başlayıb və Dənizkənarı Milli Parkın ərazisindəki müxtəlif məntəqələr üzrə davam edib.

Tədbirin keçirilməsinin əsas məqsədi Dövlət Bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, vətəndaşlara, xüsusilə gənc nəslə Azərbaycan bayrağına hörmət və sevgi hissinin aşılanmasından ibarətdir.

Belə ki, tədbir Əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi altında “Şuşam” Kamera xoru və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “Xəzər” xor kollektivi tərəfindən Dövlət Himninin səsləndirilməsi ilə start götürüb.

Əməkdar müəllim Təranə Yusifova tədbirlə bağlı mediaya açıqlamasında xalqımızı Bayraq Günü ilə bağlı təbrik etdiyini və bu kimi tədbirlərin gənclər arasında Azərbaycan Bayrağına olan sevgi və ehtiram hissini gücləndirdiyini qeyd edib.

Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Könül İmamverdiyeva isə bildirib ki, qalib ölkənin bayrağı hər zaman zirvələrdə dalğalanacaq:

“Bu gün keçirilən tədbirdə ziyarətçilərimizin üzünə rəngli boyalarla üçrəngli Azərbaycan Bayrağı çəkilib. Onlara bayrağımızın əks olunduğu döş nişanları paylanılıb”.

Qeyd edək ki, tədbirin sonunda səmaya Azərbaycan Bayrağı rənglərində şarlar buraxılıb.

Bundan əlavə, Dənizkənarı Milli Parkın ərazisindəki müxtəlif məntəqələrdə - Azneft meydanında, Dövlət Kukla Teatrının yanında, Milli Parkın ərazisindəki yeraltı keçidin önündə ziyarətçilərə Azərbaycan Respublikasının Dövlət Bayrağı paylanılıb.

Xatırladaq ki, gün ərzində Dövlət Kukla Teatrının arxasında quraşdırılmış böyük monitorda Dövlət Bayrağı Gününə həsr edilmiş videoçarxlar nümayiş etdiriləcək.



DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şuşaya işləməyə gedən 2 nəfər avtomobil qəzasında xəsarət alıb
  2. Bakıda axtarışda olan şəxs polis əməkdaşına xəsarət yetirərək qaçmağa cəhd göstərib
  3. Goranboyda evdən külli miqdarda pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  4. Nizami rayonunda avtomobillər toqquşub, 23 yaşlı qız xəsarət alıb
  5. Xırdalanda 17 yaşlı qızı avtomobil vurub
  6. Salyanda iki avtomobil toqquşub, xəsarət alanlar var
  7. Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb
  8. Bakıda avtomobil 61 yaşlı qadını vurub
  9. DYP-dən xəbərdarlıq: Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür
  10. Xətai rayonunda yaşayış binasında yanğın olub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək. Dövlət İmtahan Mərkəzindən (DİM) "Report"a Ətraflı
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”