Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirildi - Fotolar
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində keçirilən “Dəniz Komando Təməl” və “Sualtı hücum xüsusi təyinatlısı” kurslarının növbəti buraxılış mərasimində iştirak edib.
Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, buraxılış mərasimində çıxış edərək bu kursların dəniz piyadaları və xüsusi təyinatlılarının fərdi bacarıqlarının inkişaf etdirilməsinə müsbət təsir göstərdiyini qeyd edən müdafiə naziri, Vətən müharibəsindən sonra aparılan yeni islahatların peşakar Ordunun formalaşmasına səbəb olduğunu vurğulayıb.
Kurs birinciləri tərəfindən rəmzi yaş kötüyünə emblemlər vurulduqdan sonra məzunlara sertifikatlar təqdim edilib. Fərqlənən bir qrup hərbi qulluqçu və təlimatçı fəxri fərman, qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Müdafiə naziri Türkiyədə təşkil edilən “Dənizdə Qadağa Əməliyyatları” üzrə 2-ci səviyyəli (NEL-2) NATO qiymətləndirməsindən müvəffəqiyyətlə keçən bölmənin komandirinə "Döyüşə hazır" sertifikatını təqdim edib.
Buraxılış mərasiminin rəsmi hissəsi başa çatdıqdan sonra müdafiə naziri dəniz xüsusi təyinatlılarının taktiki-xüsusi məşğələsini, sualtı hücum və sualtı müdafiə bölmələrinin dalğıclarının nümunəvi çıxışlarını izləyib.
Sonda müdafiə nazirinə dəniz piyadalarının və xüsusi təyinatlılarının istifadəsində olan müasir silahlar, döyüş və nəqliyyat vasitələri təqdim edilib.