azadses.az » Cəmiyyət » Rasim Məmmədov: “Əvəz Zeynallı məni dəfələrlə hədələyərək şantaj edib”

Rasim Məmmədov: “Əvəz Zeynallı məni dəfələrlə hədələyərək şantaj edib”

“Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

R.Məmmədov bildirib ki, “Xural TV”nin rəhbəri Əvəz Zeynallı onu dəfələrlə hədələyib:

“Bu gün də mənim ailəmə qarşı eyni şeyi edir. Əvəz cinayətkardır. Uzun illər məndən rüşvət tələb edib. Əvəz məndən Türkiyə xüsusi xidmət orqanlarına şikayət edib”.

Bu hissədə hakim onun sözünü kəsib və işə aidiyyəti olmadığını deyib. Hakim ifadəsini mahiyyəti üzrə davam etdirməsini istəyib.

Daha sonra dövlət ittihamçısı deyib ki, R.Məmmədovun dedikləri aktlaşdırılıb Ə.Zeynallıya qarşı başladılmış cinayət işinə əlavə olunmalıdır.

R.Məmmədovun vəkilləri vəsatət verərək deyib ki, müvəkkilinin həbs edilən digər vəkili Elçin Sadıqovla bağlı qərar dəyişə bilər və o, yenidən müdafiə prosesinə qoşula bilər. Buna görə də, iclasın təxirə salınmasını istəyiblər. Hakim vəsatəti təmin etməyib.

Daha sonra R.Məmmədov sərbəst ifadəsinə başlayıb. O söyləyib ki, 2008-ci ildə “Baku Steel Company”də işləməyə başlayıb:

“Əvvəllər şirkətin 25 faizi mənə məxsus idi. Sonradan şirkətin vəziyyəti pisləşdi. Mən hissə-hissə 30 milyon manata zavodu aldım”.

İttihamda bildirilib ki, “Baku Steel Company” MMC 2009-cu ilin avqustunda qeydiyyatdan keçib.

Rasim Məmmədov 2021-ci il yanvarın 28-nə qədər şirkətin Müşahidə Şurasının sədri olub. O, zavoda rəhbərlik etdiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o cümlədən rəqəmləri şişirtməklə, başqa şəxslərin adına şirkətlər yaratmaqda, “Baku Steel Company”nin mallarını həmin şirkətlərə daha aşağı qiymətlərlə satmaqda, “Baku Steel Company”nin məhsullarını öz obyekt və yaşayış binalarına sərf etməkdə ittiham olunur.

İttiham aktına əsasən, Rasim Məmmədov bu cür üsullarla ümumilikdə 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol verib. Onun barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb
  2. Bakıda avtomobil 61 yaşlı qadını vurub
  3. DYP-dən xəbərdarlıq: Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür
  4. Xətai rayonunda yaşayış binasında yanğın olub
  5. Bakıda baldız yeznəsini bıçaqlayıb
  6. Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb
  7. 65 yaşlı kişini ilan sancdı
  8. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  9. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  10. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”