azadses.az » Cəmiyyət » Ağalı sakini: “Bu gün böyük qürur və fəxr hissi ilə torpaqlarımıza qayıdırıq” - FOTO

Ağalı sakini: “Bu gün böyük qürur və fəxr hissi ilə torpaqlarımıza qayıdırıq” - FOTO

“Bu gün böyük qürur və fəxr hissi ilə 30 ildir həsrətini çəkdiyimiz, böyüyüb, boya-başa çatdığımız torpaqlarımıza, ata ocağımıza geri qayıdırıq”.

“Report” xəbər verir ki, bunu sentyabrın 10-da Zəngilan rayonunun Ağalı kəndinə köçəcək Zaur Məhərrəmov deyib.

O bildirib ki, ailə üzvləri - həyat yoldaşı, iki oğlu və qayınanası ilə birgə 30 il əvvəl didərgin düşdükləri əzəli torpaqlarına geri dönürlər:

“Artıq bütün əşyalarımızı toplamışıq. Zəngilana, ata-baba torpaqlarımıza ayaq basmağı o qədər səbirsizliklə gözləyirəm ki, inanın səmimiyyətimə, bu dəqiqə quş olub evimizə uçmaq istəyirəm. Bu sevinci bizə yaşatdığına görə Ali Baş Komandan İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Doğrudan da, Prezidentimiz Azərbaycan xalqını dəmir yumruq ətrafında birləşdirdi. Xalqımız 44 günlük Vətən müharibəsi dövründə dəmir yumruq kim birləşərək ordumuza mənəvi güc verdi”.

Z.Məhərrəmov söyləyib ki, Zəngilandan didərgin düşəndə doqquz yaşı olub:

“Həmin vaxt məktəbdə oxuyurdum. Atam, anam və üç qardaşımla birgə illərlə köçkün həyatı yaşamışıq. Şükürlər olsun ki, qələbə sevincini də yaşaya bildik. Atam üç il əvvəl dünyasını dəyişib. Anam isə sağdır, kiçik qardaşımla birgə yaşayır. İnşallah, onlar da sabah Zəngilana köçəcəklər. İllər sonra ilk dəfə böyüyüb, boya-başa çatdığım torpaqlara ayaq basacam. Babamın qəbri oradadır. Gedib onun məzarını ziyarət edəcəyəm. Bu gün onların ruhu şaddır. Çünki həsrət bitib, biz artıq öz evimizdəyik. Azərbaycan xalqının gözü aydın olsun! Arzu edirəm ki, xalqımız həmişə sülh içərisində yaşasın!”

Xatırladaq ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi üç kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Zəngilan Ermənistanın işğalından azad olunandan sonra Ağalıda müasir qəsəbə tikilib.

Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1 504 nəfər).
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  2. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  3. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  4. Bakıda yol qəzası olub, xəsarət alan var
  5. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  6. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  7. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  8. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  9. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  10. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı