Xaricdə təhsil alan daha 22 nəfərin diplomu tanınmadı
- 30-08-2022, 21:42
- Cəmiyyət
Avqust ayı üzrə xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı 200 müraciətçinin 178-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 22 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.
Bildirilib ki, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə yeddi, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə altı, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə dörd, digər səbəblər üzrə beş nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 81, Rusiya Federasiyasından 63, Ukraynadan 22, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 9, Gürcüstandan 6, digər ölkələrdən isə 19 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 27, hüquqşünaslıq üzrə 16, iqtisadiyyat üzrə 11, biznesin idarə edilməsi 10, stomatologiya üzrə 10 nəfər müraciətçi qeydə alınıb.