azadses.az » Cəmiyyət » Bakıda müştəridən taksi sürücüsünə şok narkotik iddiası: “Özündə deyildi, dedi ki, “uçuram” - FOTO

Bakıda müştəridən taksi sürücüsünə şok narkotik iddiası: “Özündə deyildi, dedi ki, “uçuram” - FOTO

Bakıda çantasını taksi sürücüsü ilə başqa ünvana göndərən müştəri problem yaşayıb.

Bununla bağlı Oxu.Az-a müraciət edən müştəri “Bolt” sürücüsündən şikayətçidir:

“Bir saatdan çox vaxt keçdi, ancaq çanta ünvana çatdırılmadı. Sürücüyə zəng vurdum, cavab vermədi. Narahat olub, proqramdan harada olduğuna baxdım və gördüm ki, maşını dairəvi yolda saxlayıb. Başqa bir taksi sifariş edərək həmin yerə getdim. Görürəm ki, adam “hallanıb”, özündə deyil, yanında da şpris var. Nə etdiyini soruşdum, mənə: “Gedirəm də, yoldayam, uçuram”, - cavabını verdi”.

Məsələ ilə bağlı Oxu.Az-ın “Bolt”a ünvanladığı sorğunu şirkətin Azərbaycandakı mətbuat xidmətinin rəhbəri Viktoriya Prilutska cavablandırıb. Qurum rəsmisi sürücülərin “Bolt” tərəfindən işə götürülmədiyini diqqətə çatdırıb:

“Onlar öz xidmətlərini göstərmək üçün platformamızdan istifadə edən müstəqil tərəfdaşlardır. Lakin insanların təhlükəsizliyi “Bolt”un əsas prioritetidir. Xidmətin keyfiyyətini və təhlükəsizliyini artırmaq üçün “Bolt” istifadəçilərinə aplikasiya vasitəsilə müştəri dəstəyimizə müraciət etməyi tövsiyə edirik”.

Viktoriya Prilutska sözügedən sürücüylə bağlı məsələnin araşdırılacağını vurğulayıb:

“Bildirdiyiniz vəziyyətlə bağlı çox narahatıq və mütləq şəkildə araşdıracağıq. Yol hərəkəti qaydaları bütün sürücülər, velosiped istifadəçiləri və piyadalar üçün keçərlidir. Sözsüz ki, “Bolt” sürücüləri onlara əməl etməlidirlər. Sərxoş vəziyyətdə və ya maddə qəbul edərək avtomobil idarə etmək həm sürücü, həm də digər insanlar üçün təhlükəlidir. “Bolt”, sürücülərinin bu cür davranışını qətiyyən qəbul etmir.

Avtomobillərin vəziyyəti, sürücülərin davranışı və ya onların idarəetmə tərzi ilə bağlı şikayətlər olduqda şirkət məsələni dərhal araşdırır. Əgər problem təsdiqini tapırsa, sürücünün “Bolt” platformasından istifadəsi bloklanır. Bu məsələdə də eyni addım atılacaq. Qaydalar və şərtlər veb-saytda bütün partnyor sürücülər üçün mövcuddur. Platforma ilə əməkdaşlığa başlayarkən sürücülər qaydalara və şərtlərə əməl edəcəklərini rəsmi şəkildə bildirirlər”.

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev isə şikayətçinin əlində faktlar varsa, ərazi üzrə polis orqanlarına müraciət edə biləcəyini qeyd edib:

“Şəxs taksi xidməti göstərən şirkətə etibar edib onun xidmətindən istifadə edirsə və həmin vaxt hüquqları pozulursa, bu halda məsuliyyəti həmin taksi şirkəti daşıyır, ondan şikayətçi ola bilər. Əslində, vətəndaş belə halla üzləşəndə dərhal “102”yə zəng etməlidir. Əgər sürücünün narkotik maddə istifadə etdiyindən şübhələnmişdisə, DİN-in “Çağrı Mərkəzi”nə, eləcə də ərazidəki Dövlət Yol Polisi əməkdaşlarına müraciət edərək məlumat verməliydi. Belə olsa, hadisəyə yerində baxıla bilərdi. Ancaq üstündən bir neçə gün keçibsə, biz narkotik ittihamı ilə həmin şəxs barədə birbaşa ölçü götürə bilmərik. Bu, qarşı tərəfin hüquqlarının pozulması olar. Ortada fakt olmalıdır. İndiki halda iddialar şikayətçinin subyektiv fikirləridir. Əgər əlində faktlar varsa, buyurub pozulmuş hüquqlarının bərpası üçün ərazi üzrə polis orqanlarına müraciət edə bilər”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Beyləqanda yol qəzasında 7 yaşlı uşaq ağır xəsarət alıb
  2. Bakıda avtomobil 61 yaşlı qadını vurub
  3. DYP-dən xəbərdarlıq: Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür
  4. Xətai rayonunda yaşayış binasında yanğın olub
  5. Bakıda baldız yeznəsini bıçaqlayıb
  6. Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb
  7. 65 yaşlı kişini ilan sancdı
  8. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  9. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  10. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”