azadses.az » Cəmiyyət » İnternet məkanında erməni dəyirmanı və ona su tökənlər: “Hamısı nəzarətdədir” - FOTO

İnternet məkanında erməni dəyirmanı və ona su tökənlər: “Hamısı nəzarətdədir” - FOTO

Avqustun 3-də Azərbaycan Ordusu Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə “Qisas” antiterror əməliyyatı həyata keçirdi. Bu əməliyyatlar zamanı sosial mediada azərbaycanlı ad-soyadları ilə dezinformasiya yayan feyk profillər peyda oldu: Guya Ermənistan silahlı qüvvələri Azərbaycanın hansısa yaşayış məntəqələrini zəbt ediblər, xeyli sayda yaralı və şəhidimiz var, bla-bla-bla…

44 günlük Vətən müharibəsi zamanı ermənilərin bu kimi və bundan da betər təxribatları ilə rastlaşan sosial şəbəkələrin Azərbaycan seqmentinin istifadəçiləri üçün sözügedən faktlar yenilik olmasa da, baş alıb gedən belə dezinformasiya hiddətlə yanaşı, vacib sual da doğurur: Dezinformasiyalarla həqiqi məlumatların sərhədlərini necə müəyyən edə bilərik?


Oxu.Az-a açıqlama verən media eksperti, hüquqşünas Ələsgər Məmmədli qeyd edib ki, dezinformasiya - qəsdən yalan məlumat yayma anlayışıdır və konkret məqsədə xidmət edir:

“Mən sosial şəbəkədə bunu iki yerə ayırardım. Yanlış informasiya və dezinformasiya. Dezinformasiyalar öncədən planlanmış şəkildə İrandan, Rusiyadan, Ermənistandan və Qərbdən bəhrələnərək yayılır. Bunu önləməyin açıq şəkildə yolu yoxdur. Dezinformasiyanın qarşısını ən yaxşı formada almağın yolu doğru informasiyanın sürətli şəkildə yayılmasını təmin etməklə mümkündür.




İkincisi isə yanlış informasiyadır ki, bu da bir başqa problemdir. Ümumiyyətlə, media çox vaxt operativ olmaq üçün ilkin mənbələrdən dəqiqləşdirilməmiş məlumatları yayır, lakin bəzən sonradan doğru da olmaya bilir. Burada, təbii ki, qəsd yoxdur, məqsəd sadəcə cəmiyyəti tez məlumatlandırmaqdır.

Tez məlumatlandırma zamanı da operativlik və dəqiqlik arasında kimisi operativliyi önə çəkir. Ona görə də problem yaşayır. Peşəkar mediada öncəlik operativlik yox, dəqiqlik olmalıdır”.

Ə.Məmmədli vurğulayıb ki, yalan məlumat o zaman məsuliyyət yaradır ki, o, zərərverici yalan olsun, şəxslərin və ya dövlətin mənafeyinə toxunsun:

“Amma bu, qəsdən yayılmış olmalıdır. Maksimum çalışmaq lazımdır ki, ilkin olaraq doğru məlumat yayılsın. Yanlış mənbədən məlumat yayaraq hansısa şəxsə və ya dövlətə zərər verib onun məsuliyyətini daşımayasan”.

Milli Məclisin deputatı Arzu Nağıyevin sözlərinə görə, məlum məsələdir ki, hərbi əməliyyatlar keçirilən zaman düşmən tərəfinin xüsusi xidmət orqanları bütün resurslarından istifadə edərək bu istiqamətdə öz məkrli planlarını həyata keçirməyə çalışırlar:

“Məqsəd isə dezinformasiyalar yaymaqla keçirilən əməliyyatlara hər hansı şəkildə kölgə salmaq və qarşı tərəfdə çaxnaşma, təşviş yaratmaqdır. Bu cür hallar məqsədyönlü şəkildə süni formada yaradılır.



Digər tərəfdən isə bəziləri özlərini sosial şəbəkələrdə daha çox göstərmək, reytinq qazanmaq üçün bu cür məsələlərdən istifadə edirlər. Bəzən saxta və ya köhnə video, şəkil yaymaqla özlərini çoxbilmiş kimi göstərirlər. Bu da sonda acınacaqlı vəziyyətə gətirib çıxarır. Sosial şəbəkələrdə konkret mənbələrə istinad olunmadan verilən xəbərlərə diqqət edilməməlidir”.

A.Nağıyev vurğulayıb ki, eyni zamanda Azərbaycan xüsusi xidmət orqanları da birmənalı şəkildə bu dezinformasiyaları diqqətdə saxlayır, qarşısının alınması üçün adekvat addımlar atırlar:

“Tövsiyəm ondan ibarətdir ki, vətəndaşlarımız heç bir əsası olmayan, hansısa fakta əsaslanmayan məlumatları yaymasınlar, çünki bu, ümumi işimizə xələl gətirə biləcək bir məsələdir”.

Baş Prokurorluqdan məsələ ilə əlaqədar Oxu.Az-a bildirilib ki, qurum tərəfindən peşəkar və sosial mediada yayılan yanlış, eyni zamanda dezinformasiya xarakterli xəbərlərin aşkar edilməsilə bağlı daimi monitorinqlər aparılır. Qanun pozuntusu hallarına yol verilmə aşkar edildikdə müvafiq tədbirlər görülür.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?