Oğuzda jurnalistlərə seminar keçirildi - FOTO
Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə və təşkilati dəstəyi, Oğuz şəhəri “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə Oğuzda bir sıra mətbuat nümayəndələri üçün “Media və mənəvi dəyərlər” adlı ikigünlük seminar keçirilib.
Oxu.Az-ın məlumatına əsasən, seminarın birinci günündə fondun icraçı direktoru Mehman İsmayılov tədbiri giriş sözü ilə açıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva mövzu ilə bağlı fikirlərini bölüşüb.
Çıxışlardan sonra fondun sifarişi ilə hazırlanan “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” adlı sənədli film nümayiş olunub.
Tədbirin ikinci günündə iştirakçılar ekspertlərin məruzələrini dinləyib. Yazıçı, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq “Dəyərlər media və təhsil kontekstində”, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov “Media və dini dəyərlər”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasov “Media reallığı: fəlsəfi və siyasi məqamlar” mövzusunda məruzələrlə çıxış ediblər.
Seminar daha sonra müzakirələrlə davam edib, jurnalistlər və ekspertlər arasında fikir mübadiləsi olub.
Daha sonra iştirakçılar üçün Oğuz rayonunda yerləşən Tarix-diyarşünaslıq muzeyi, məscid, kilsə və sinaqoqlara ekskursiyalar təşkil olunub.