Azərbaycandan növbəti Ümrə ziyarətinin vaxtı açıqlandı
![](/uploads/posts/2022-07/medium/1657898499_makka_hajj_070415.jpg)
Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Bildirilib ki, növbəti Ümrə ziyarətinin avqustun ilk 10 günlüyündə başlaması nəzərdə tutulur.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi iyulun 19-dan Ümrə mövsümünün açılacağını elan edib.
Ötən mövsümdə Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə Ümrə ziyarətinə 100-ə yaxın zəvvar gedib və sonuncu qrup mayın 30-da Vətənə dönüb.