BMT İnkişaf Proqramı fermerlər üçün vacib saytı genişləndirəcək
BMT İnkişaf Proqramı (BMTİP) fermerlərin toxum sertifikatı yoxladığı sistemini inkişaf etdirəcək.
Oxu.Az xəbər verir ki, fermerlərə aldıqları toxumun sertifikatlı olub-olmamasını, istehsalçısını yoxlamaq imkanı verən bu portala tinglərin də xüsusiyyətlərini yoxlamaq özəlliyi əlavə ediləcək.
BMT İnkişaf Proqramının “Qlobal əhəmiyyətli aqrobioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihəsinin Akselerator Laboratoriyası ilə birgə hazırladığı portal kəndlilərin keyfiyyətsiz toxum satıcılarından qorunması, məhsuldarlığın yüksəldilməsi məqsədi daşıyır.
Portal Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təklifi ilə hazırlanmış AXA-nın toxum istehsalçılarına verdiyi sertifikatların elektron bazasıdır. Sayta daxil olan fermer almaq istədiyi dənli bitki toxumunun sertifikatındakı etiket nömrəsini müvafiq xanaya daxil etməklə və ya sadəcə QR kodu skan etməklə toxum barədə lazımi məlumatı öyrənə bilər.
“Bizim vəzifəmiz Azərbaycan hökumətinə yayıla bilən yeni həlləri sınaqdan keçirməkdə, proqram və layihələrin modernləşdirilməsində dəstək verməkdir. Ötən məhsul ilində istifadəyə verilmiş toxum.eagro.az blokçeynindən bu il daha çox fermerin faydalanacağına əminik”, - BMT İnkişaf Proqramının Akselerator Laboratoriyasının araşdırmalar üzrə rəhbəri Leyla Seyidzadə bildirib.
“Qlobal əhəmiyyətli aqrobioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihəsinin meneceri Fərid Abbasov sertifikatlaşdırılmış tinglərdən istifadənin də fermerlər üçün çox vacib olduğunu qeyd edib:
“Tinglərin bar verən ağaca çevrilməsi üçün fermer bir neçə il əziyyət çəkir və məhsul zamanı istədiyi tingi almadığını, bəzən hətta bağının müxtəlif ağaclardan ibarət olduğunu müşahidə edir. Sistemdə edəcəyimiz yenilik fermerlərin belə problemlə rastlaşmamasına imkan yaradacaq”.
Qeyd edək ki, BMTİP hazırda Azərbaycanda müxtəlif sahələr üzrə inkişafı dəstəkləyən 30-a yaxın layihə icra edir. Proqramın əsas tərəfdaşı Azərbaycan hökumətidir.