İşsizlərin NƏZƏRİNƏ: Hansı şəxslər Qarabağda işlə təmin oluna bilərlər? - AÇIQLAMA + VİDEO
“İşaxtaranların təxminən 80 faizi işlə təmin oluna bilmir. Çünki onlar əmək bazarının tələblərinə hazır deyillər və uyğun iş tapa bilmirlər”.
Bu sözləri “Xəzər Xəbər”ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev deyib.
Onun sözlərinə görə, hər gün 20-yə yaxın vətəndaş məktub göndərir və çoxu da iş axtarmaqla bağlı olur.
Millət vəkili bildirib ki, əmək bazarında işaxtaranlarla iş yerlərinin kommunikasiyasının olmaması da əsas səbəblərdəndir:
“Qarabağda, işğaldan azad olunan ərazilərdə böyük əmək bazarı yaranmaqdadır. Orada böyük inşaat platformaları var. Hesab edirəm ki, bizim gənclərimiz, xüsusilə müharibədə qəhrəmanlıq göstərən veteranlarımız bu sahələrə cəlb olunmalıdırlar.
Problemin həll olunması üçün uçot və statistika dəqiqləşdirilməli, regionlar üzrə araşdırma aparılmalıdır. Hansı ixtisaslar üçün daha çox hansı iş yerləri var, onlara üstünlük verilməlidir. Xüsusilə gənclər və qadınların məşğulluğunun təmin olunması ilə əlaqədar bu profilli iş yerləri açılmalıdır”.
Daha ətraflı süjetdə: