Ramazan ayı başlayıb
Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb.
“Azadsəs.az” xəbər verir ki, bu il Ramazan ayı aprelin 2-nə təsadüf edir.
Niyyət gecəsi aprelin 1-dən 2-nə keçən gecəyə düşür.
Ramazan təqviminə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni aprelin 19-a təsadüf edəcək.
Bundan əlavə, aprelin 21-i (Ramazan ayının 20-dən 21-nə keçən gecə), 23-ü (Ramazan ayının 22-dən 23-nə keçən gecə) və 27-də də (Ramazan ayının 26-dan 27-nə keçən gecə) Qədr gecələri olacaq.
Şəvval ayının 1-i, yəni mayın 2-də Ramazan (Fitr) bayramı olacaq.
Qazılar Şurasının qənaətinə görə, Ramazan bayramında adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür.