Dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik edildi
- 18-03-2022, 20:40
- Cəmiyyət
Nazirlər Kabineti "Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası"nda dəyişiklik edib.
“Azadsəs.az” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, inzibati rəhbər (idarəetmə) vəzifələrindən AA vəzifə qrupu üzrə test imtahanlarının keçirilməsi ləğv edilib.
Qərara əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü və 28-1-ci maddələrinə müvafiq olaraq test imtahanından müəyyən edilmiş keçid balını toplayan şəxsə Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən Dövlət Qulluğu Sertifikatı veriləcək.