Qanunsuz erməni dəstələrinin mövqeləri hədəfə alınıb - Rəsmi
- 12-03-2022, 10:39
- Cəmiyyət
Azərbaycan Ordusu Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi bölgədən atəş açan erməni silahlılarının döyüş mövqelərinə qarşı adekvat cavab tədbirləri görüb.
“Azadsəs.az” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir.
Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb. Tədbirlər çərçivəsində yalnız qanunsuz dəstə üzvlərinin döyüş mövqeləri hədəfə alınıb.