İş və istirahət günlərinin yerləri dəyişdirildi
![](/uploads/posts/2022-03/medium/1646322249_nazirlerkabinet.jpg)
“Azadsəs.az” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib.
Qeyd edək ki, dəyişikliklə 6,7 və 8 mart tarixləri iş günü olmayacaq.