Bakı-Sumqayıt qatarlarında reyd keçirildi - Foto+Video
- 29-01-2022, 17:21
- Cəmiyyət
Bakı-Sumqayıt elektrik qatarlarında polis əməkdaşları karantin rejimi qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə reyd keçirilib.
“Azadsəs.az” xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Bakı-Sumqayıt elektrik qatarlarında sərnişin daşımaları karantin rejimi qaydalarına uyğun həyata keçirilir. Qatarlarda, bütün vağzal ərazisində, stansiyalarda müntəzəm olaraq dezinfeksiya işləri aparılır. Stansiyalarda xüsusi ilə də elektrik qatarlarında tibbi maskadan istifadə digər qapalı məkanlarda olduğu kimi zəruridir.
Vağzal ərazisində və qatarlarda karantin qaydalarına nəzarət isə Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir. Polislər nəinki vağzalda, eləcə də vaqonları daxilində sərnişinlərin tibbi maskadan düzgün istifadə etməsinə yol boyu nəzarət edirlər. Karantin qaydalarına əməl etməyən sərnişinlər isə Bakı-Sumqayıt qatarlarına buraxılmır və onlar barəsində qanunla nəzərdə tutulan qaydada inzibati tədbir görülür.
Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının Bakı-Sumqayıt elektrik qatarlarında keçirdikləri növbəti profilaktik tədbir zamanı karantin qaydalarına əməl etməyən 20-yə yaxın şərnişin İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib.
Qeyd edək ki, İdarə əməkdaşları tərəfindən xidməti ərazidə sanitar-karantin qaydalarına əməl olunmasına nəzarətin təmin olunması məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.