azadses.az » Cəmiyyət » İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul etdi - Fotolar

İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul etdi - Fotolar

Prezident İlham Əliyev bu gün Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdelouahab Osmanın etimadnaməsini qəbul edib.

“Azadsəs.az” xəbər verir ki, səfir Abdelouahab Osman etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edərək, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.

Prezident İlham Əliyev iqtisadi sahədə əlaqələrə toxunaraq, bu müstəvidə də fəaliyyətin intensivləşdirilməsinin və ticarət dövriyyəsinin artırılması imkanlarının araşdırılmasının zəruriliyini bildirib. Dövlət başçısı, həmçinin insanlar arasında fəal təmasların təşviqinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmini qeyd edib. Prezident İlham Əliyev Abdelouahab Osmanın səfirliyi dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə həmişə beynəlxalq hüququn aliliyini və Qoşulmama Hərəkatının təməlini təşkil edən Bandunq prinsiplərini rəhbər tutub.

Prezident İlham Əliyev 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin işğal altında qalmasına və Ermənistanın bu ərazilərdə törətdiyi dağıntılara, Azərbaycanın mədəni irsinə qarşı vandalizm əməllərinə toxunaraq regional əməkdaşlığı nəzərdə tutan postmünaqişə dövrünə aid sülh gündəliyinin həyata keçirildiyini bildirib.

Səfir Abdelouahab Osman Əlcəzair Prezidenti Abdelmacid Tebbunun salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Əlcəzair dövlətinin başçısına çatdırmağı xahiş edib.

Abdelouahab Osman Əlcəzairin BMT Nizamnaməsinin prinsipləri və məqsədlərinə, o cümlədən ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə hörmət etməyə və daxili işlərə müdaxilə etməməyə tam sadiq olduğunu qeyd edib. Səfir ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Səfir Abdelouahab Osman Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini yüksək qiymətləndirdiyini vurğulayıb.




***

Prezident İlham Əliyev Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonqun etimadnaməsini qəbul edib.

Səfir Li İn-Yonq etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu bildirərək, müstəqillik illərində münasibətlərimizin çox uğurla inkişaf etdiyini vurğulayıb. Dövlət başçısı Azərbaycanla Koreya Respublikası arasında uzun illər müxtəlif sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini bildirib, siyasi əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Bu baxımdan Koreyanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfərlərinin münasibətlərimizin inkişafına töhfə verdiyini bildirib.

Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığa toxunaraq, Koreyanın bir çox şirkətinin ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən infrastruktur və inşaat layihələrində uğurla iştirak etdiklərini vurğulayıb. Dövlət başçısı birgə investisiya sahələrinin, ixrac-idxal əməliyyatlarının artırılmasının, insanlar arasında təmasların genişləndirilməsinin əhəmiyyətinə toxunub. Prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Səfir Li İn-Yonq son 30 il ərzində Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında əlaqələrin inkişaf etdiyini vurğulayaraq, iqtisadi əməkdaşlığın və insanlar arasında əlaqələrin ölkələrimizin potensialına uyğun olaraq daha da möhkəmləndirilməsinin vacibliyini bildirib və səfir fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində Koreya şirkətlərinin mümkün iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  2. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  3. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  4. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  5. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  6. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  7. Argentinada 6 maqnitudalı zəlzələ olub
  8. Şanlıurfada yol qəzası olub, ölənlər var
  9. Lerik rayonunda zəlzələ baş verib
  10. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"