azadses.az » Cəmiyyət » “Üzləşəndə dedi ki, mənə pul vermisən, sonra səhv saldığını bildirdi”

“Üzləşəndə dedi ki, mənə pul vermisən, sonra səhv saldığını bildirdi”

Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Azadsəs.az” xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib.

İlk olaraq ifadə verən şahid Namiq Həbibov xəstəxanaya yerləşdirilmək üçün pul vermədiyini deyib: “Mən kiməsə rüşvət verməmişəm. Sadəcə dostlarım təcili yardıma 50-100 manat şirinlik kimi veriblər. Təqsirləndirilən şəxslərdən hər hansı şikayətim yoxdur”.Digər şahid Azər Süleymanlı isə anasının hospitala yerləşdirilməsi üçün 1000 manat pul verdiyini deyib: “Pulu dostum Rüstəmə vermişəm. Mən dost kimi ondan xahiş eləmişəm. O da anamı hospitala yerləşdirmək üçün orada işləyən tanışı vasitəsilə mənə kömək edib. Rüstəmin dediyinə görə, pulu Emin adlı şəxsə verib”.

Daha sonra Fövqəladə Hallar Nazirliyində şöbə müdirinin müavini işləyən Füzuli Əhmədov şahid qismində dindirilib. O, koronavirusa yoluxduğu üçün nazirliyin nəzdində olan hospitala müraciət etdiyini deyib: “Mən FHN-nin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinin rəis müaviniyəm. Əvvəlcə atam koronavirusa yoluxdu, onu evdə müalicə edirdik. Amma həyatını xilas etmək mümkün olmadı. Atamın yanına tez-tez baş çəkdiyim üçün özüm də xəstələndim. 38 dərəcə qızdırmam olurdu. Özümü yaxşı hiss etmədiyim üçün qərara gəldim ki, FHN-nin modul tipli hospitalına müraciət edim. Xəstəxanaya gedəndə məni 3 ağır xəstə ilə bir palataya yerləşdirdilər. Orada çox narahat idim. Çünki mənim vəziyyətim onlar qədər ağır deyildi. Qorxdurdum ki, onlarla bir otaqda qaldığım üçün mən də ağırlaşaram. Hay-küy salandan sonra məni hospitalın 14-cü korpusuna köçürdülər. Orada müalicə olundum və sağaldım”.

FHN rəsmisinin sözlərinə görə, bu müddətdə ondan heç kim pul tələb etməyib. Cinayət işi başlandıqdan sonra təqsirləndiriləndən Qulu Orucov üzləşmə zamanı Füzuli Əhmədovdan pul aldığını iddia edib: “İşlə bağlı məni prokurorluğa dəvət etdilər. Orada Qulu Orucovla üzləşdim. Orada dedi ki, guya mən ona 500 manat vermişəm. Dedim ki, belə şey olmayıb. Daha sonra Qulu da dedi ki, çaşıb səhv salıb. Mən, ümumiyyətlə, onu tanımıram”.

Qeyd edək ki, ittihama əsasən, İmran Ağayev koronaviruslu xəstələrin Hospitalın “VİP korpusu”na yerləşdirilməsi qarşılığında köməkçisi Qulu Orucov vasitəsilə qanunsuz şəkildə pul yığıb.

Proses dekabrın 13-də davam etdiriləcək.

İttihama görə, İmran Ağayev digərləri ilə qabaqcadan əlbir olaraq hospitalın “VİP korpus”larına yerləşdirilərək daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilməsi müqabilində 6 nəfər şəxsdən ümumilikdə 10 min 500 manat alıb. Həmçinin yenidən əmək müqaviləsinin bağlanması yolu ilə həmin müəssisədə fəaliyyətlərini davam etdirmələrinə görə hospitalın ayrı-ayrı əməkdaşlarından cəmi 5 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, İmran Ağayevin fasiləsiz şəkildə müəssisəyə qəbul olunmalarına dair görüntü yaratmaqla COVID-19 pandemiyasından əziyyət çəkən 140 nəfər xəstənin özünün təsisçisi və direktoru olduğu “Medi Style” MMC-yə məxsus Təcili Tibbi Yardım avtomobilləri vasitəsi ilə Modul Tipli Hospitala aparılması müqabilində həmin şəxslərdən xidmət haqqı qismində ümumilikdə cəmi 51 min 600 manatı almasına əsaslı şübhələr müəyyən edilib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?