Şəhidlərlə vida mərasimi keçirildi - Video + Fotolar
![](/uploads/posts/2021-12/medium/1638352963_133.jpg)
"Azadsəs.az" xəbər verir ki, mərasimdə şəhidlərin qohumları, dostları, dövlət rəsmiləri iştirak edir. Artıq şəhidlərimizin nəşi Dövlət Sərhəd Xidmətinin Sərhədçi İdman Kompleksinə gətirilib.
Şəhidlər daha sonra İkinci Şəhidlər xiyabanında dəfn ediləcək.
***
Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş İdarəsinin rəisi, general-mayor Ayaz Hüseynov çıxış edərək şəhid hərbçilər haqda bioqrafik məlumat verib.
***
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev şəhid ailələrinə yaxınlaşaraq onlara başsağlığı verib:
“Əmin ola bilərsiniz ki, Azərbaycan sərhədçiləri onların Vətənə göstərdiyi xidmətləri yaşadaraq gənc nəslə ötürəcəklər. Vətən sağ olsun”.
![](/uploads/posts/2021-12/medium/1638353045_1.jpg)
![](/uploads/posts/2021-12/medium/1638353024_2.jpg)
![](/uploads/posts/2021-12/medium/1638353009_4.jpg)
![](/uploads/posts/2021-12/medium/1638353062_5.jpg)
![](/uploads/posts/2021-12/medium/1638353038_3.jpg)
![](/uploads/posts/2021-12/medium/1638353109_4-1.jpg)