Xızıda təxliyə maşınının aşması nəticəsində bir nəfər xəsarət alıb
![](/uploads/posts/2021-08/medium/1629238889_d199251a-224c-3921-9155-e088344aae25_850-1.jpg)
“Report” xəbər verir ki, hadisə Qızılqazma kəndində qeydə alınıb.
Belə ki, təxliyə maşınının aşması nəticəsində 1968-ci il təvəllüdlü Cavid Qırxlar oğlu Ağarəhimov xəsarət alıb. O, ilkin tibbi yardımdan sonra təcili tibbi yardım avtomobili ilə Sumqayıt şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.