BŞTİ-də vətəndaşların qəbulu avqustun 1-dək dayandırıldı
Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2021-ci ilin avqustun 1-dək vətəndaşların qəbulunu dayandırıb.
Qeyd olunan dövr ərzində müraciətlər BŞTİ-nin Məlumat sorğu mərkəzi (Telefon: 012-599-12-22) vasitəsilə cavablandırılacaq.
Vətəndaşlar, həmçinin idarənin rəsmi [email protected], [email protected] elektron poçt ünvanlarına müraciət edə bilərlər. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yazdıqları məktubları və ya digər müvafiq sənədləri İdarənin əsas giriş qapısının yanındakı poçt qutusuna sala bilərlər.
Rəsmi məlumatları BŞTİ-nin internet saytı (www.baku.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.
Qeyd edək ki, BŞTİ tərəfindən vətəndaş qəbulu prosesi videoqəbul formatında həyata keçirilir. Videoqəbulda iştirak etmək istəyən vətəndaşlar qəbul günləri haqqında BŞTİ-nin Telefon Məlumat Mərkəzinə ((012) 599-12-22) zəng etməklə və ya İdarənin saytındakı müvafiq bölməyə (https://baku.edu.gov.az/az/page/50) daxil olmaqla məlumat ala bilərlər.