Azərbaycanda vəzifəli şəxs işdən azad edildi
Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov vəzifəsindən azad edilib.
Oxu.Az-ın məlumatına əsasən, onun vəzifəsindən azad olunmasına səbəb Ali Məhkəməyə hakim təyin edilməsidir.
Onun Milli Məclisdəki vəzifəsinə hələlik təyinat olmayıb.
Qeyd edək ki, Milli Məclisin mayın 21-də keçirilən iclasında Ali Məhkəməyə səkkiz hakim təyin olunub, onlardan biri də S.Kərimovdur.
Aqşin Kərimov