Hava nə vaxt düzələcək? - AÇIQLAMA
“Ölkə ərazisindən atmosfer cəbhəsinin keçməsi nəticəsində gecə saatlarından hava şəraiti dəyişib. Respublikanın əsasən şimal və qərb rayonlarında yağıntı müşahidə olunub”.
Oxu.Az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, qərb küləyinin sürəti saniyədə 30-34 metrədək güclənib:
“Bu proses gecə ərzində respublikanın demək olar ki, əksər rayonlarında müşahidə olunub”.
Xidmət rəisi qeyd edib ki, bu gün saat 10-11 radələrinədək Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir:
“Artıq gündüz yağışın tədricən kəsilməsi proqnozlaşdırılır. Bu gün ərzində Abşeron yarımadasında güclü külək əsəcək. Küləyin ani maksimal sürətinin saniyədə 30 metrə çatacağı ehtimal olunur. Gecəyə doğru külək mülayimləşəcək”.
O, əlavə edib ki, mayın 11-dən 14-dək ölkə ərazisində xoş hava şəraiti müşahidə olunacaq:
“Zəif külək üstünlük təşkil edəcək. Havanın temperaturu get-getdə yüksələcək. Hətta mayın 12-14-də paytaxtda maksimal temperatur 25-27 dərəcə, respublikanın Aran rayonlarında isə 30 dərəcəyədək yüksələcək”.
İlhamə Əbülfət