Xaçmazda məktəb direktoru evində ölü tapıldı - YENİLƏNİB
APA-nın məlumatına görə, Alıcqışlaq kənd orta məktəbinin direktoru, 1976-cı il təvəllüdlü Hacıyeva Ülkər Vəliyyəddin qızının dəm qazından boğularaq dünyasını dəyişdiyi ehtimal olunur.
Faktla bağlı araşdırmalar davam etdirilir.
10:36
Xaçmaz rayonunda bir nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1976-cı il təvəllüdlü Hacıyeva Ülkər Vəliyyəddin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.