İki nəfərin ölümündə təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya edilib
- 10-03-2021, 16:00
- Cəmiyyət
Baş Prokurorluqdan verilən məlumata görə, Şirvan rayon prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən Kakavan Kavus Zəfər oğlunun – ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə Azərbaycan Respublikasının vətəndaşlarından ibarət tərkibdə yaradılmış cinayətkar birliyin (təşkilatın) tərkibində Azərbaycan Respublikası vətəndaşları Nacıyev Elvin Zamanəli və Sarıbalaev Zaur Vəfadar oğlunun qəsdən öldürülməsi cinayət əməlində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib. Kakavan Kavus Zəfər oğlu barəsində beynəlxalq axtarış elan edilib.
Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Belarusiya Respublikasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə həmin şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.