“Hakimiyyətin qətiyyətli addımları dəstəkləyənlərin sayını azı 8 milyona çatdıracaq”
- 19-02-2021, 08:10
- Cəmiyyət
“Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşa, Fizuli, Zəngilan, Qubadlı və Laçın səfərləri çox riskli səfərlərdir. Sadaladığım rayonlar olduqca riskli rayonlardır. Minalardan təmizlənməyib, terrorçu qrupların olmaması təsdiqini tapmayıb. Onları başa düşmək olar. Bu riskin arxasında insanların bu zonalara köçməyi həvəsləndirmək dayanır. Hər halda ehtiyatlı olmaq lazımdır. Ölkənin daxilində xaos yaratmaq istəyən qüvvələr baş qaldırmağa hazır vəziyyətdə dayanıb gözləyirlər”.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.
R.Quliyev qeyd edib ki, kifayət qədər pulu olan keçmiş korrupsionerlər həbs edilməkdən qorxur və ölkəni daxildən laxlatmaq istəyirlər: “Çox ehtimal özlərinə "lider"də seçiblər. Səbatsız radikal müxalif ünsürlər də bu komandanın ətrafında birləşməyə hazırdırlar. Bilirəm bu adamlar kimlərdir. Ancaq ad çəkmək istəmirəm. Çünki ad çəksəm, gizlənəcəklər, tapmaq çətin olacaq. DTX-nin həm daxili, həm də xarici qurumları bu insanların kimlər olduğunu yaxşı bilirlər. Hakimiyyəti gərginlik içində saxlamaq üçün bu insanların xarici ölkələrdən çox ciddi dəstəkliyənləri də var. Kiçik bir səhv ölkəni çox ağır vəziyyətə sala bilər. Hakimiyyət bu insanlardan qətiyyətlə ölkənin yaxasını qurtarmalıdır. Bu insanların sayı maksimum 5 minə (başçıları 100) yaxındır. Hakimiyyətin qətiyyətli addımları onu dəstəkləyənlərin sayını azı 8 milyona çatdıracaq. Bu işi mütləq və zaman görmək lazımdır”.